BDU-da “Fars dilində media dilinin xüsusiyyətləri” mövzusunda elmi seminar

BDU-da “Fars dilində media dilinin xüsusiyyətləri” mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Fars dilində media dilinin xüsusiyyətləri” adlı onlayn elmi seminar keçirilib.
Seminarda Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli mövzuya dair təqdimatla çıxış edib.
Tədbirdə farsdilli müasir mediada istifadə olunan vahidlər, onların tərcümə formaları, digər işlək feil əsaslı struktur vahidlər barədə nümunələr əsasında izahlar verilib. Eyni zamanda, rəsmi-publisistik üslub üçün xarakterik olan linqvistik qaydalar və onların mətn daxilində təyinatı haqqında danışılıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az




Oxşar xəbərlər