Bakının təhsil işçiləri arasında keçirilən intellektual oyunun qalibləri mükafatlandırılıb

Bakının təhsil işçiləri arasında keçirilən intellektual oyunun qalibləri mükafatlandırılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçiləri arasında intellektual oyun təşkil olunub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil edilən “Fibonacci" intellektual oyununun keçirilməsinin əsas məqsədi təhsil işçiləri arasında həmrəyliyi möhkəmləndirmək, müxtəlif sahələr üzrə iştirakçıların istedad və dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə və təhliletmə qabiliyyətlərini inkişaf etdirməkdir. Eyni zamanda, təhsil sahəsində intellektual yarışmalara olan marağı daha da artırmaqdır.
Bilik yarışında BŞTİ-nin əməkdaşları, həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 18 komanda qalibiyyət uğrunda mübarizə aparıb.
Yarışmada “İnkişaf” komandası I, “TDM” komandası II, “Lider” komandası III yerə layiq görülüb.
Qalib gələn komandanın üzvlərinə diplom və “İnci” şirkətlər qrupu tərəfindən hədiyyələr təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər