Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə təhsil alan tələbələri üçün ölkənin qabaqcıl hotellərində turizm sahəsində dual təhsil proqramı çərçivəsində praktiki məşğələlər davam edir.
Noyabr ayının əvvəlindən etibarən tələbələr “Fairmont Baku Hotel”, “JW Marriott Absheron Baku”, “Baku Marriott Hotel Boulevard”, “Hilton Hotel”, “Courtyard by Mariott Baku” və “The Merchant Baku” hotellərində həftədə iki dəfə olmaqla təcrübə keçirlər.
Dual təhsil proqramına uyğun olaraq tələbələr tədris ilinin başlanğıcında 5 həftə ərzində təhsil mərkəzində ilkin baza biliklərinə sahibləniblər. Aşpaz ixtisası üzrə seçilmiş 19 tələbə peşə təhsil mərkəzində nəzəri biliklərlə yanaşı, sözügedən hotellərdə praktiki bacarıqlara yiyələnirlər.
Tədris ilinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də qabaqcıl hotellərdə təcrübə qazanacaqlar.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
Tehsil-press.az