AMEA-nın Mərkəzi Nəbatat bağı Azərbaycan paytaxtının gözəl guşələrindən biri, elmi-tədqiqat, təhsil və maarifləndirmə mərkəzi, dünyanın çeşidli regionlarından və müxtəlif iqlim qurşaqlarından gətirilən nadir bitki kolleksiyalarının nümayiş etdirildiyi ərazi və xüsusi mühafizə olunan təbiət abidəsidir.
Mərkəzi Nəbatat bağında bir neçə aydan bəri aparılan genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri başa çatdırılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə Bağın açılışı olmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə bağda 60 ədəd çinar ağacı əkilmişdir. Prezidentin doğum günü – 24 dekabr 2021-ci ildə AMEA-nnın prezidenti, akademik Ramiz Mehdiyev Nəbatat Bağında Şərq çinarı əkmişdir.
Açılışda AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirak etmisdir. Onun sözlərinə görə, çinar ağaclarının əkilməsinin rəmzi mənası var: çinar məğrurluq, uzunömürlülük, əzəmət, möhtəşəmlik rəmzidir. Ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətini uğurla davam etdirən dövlətimizin rəhbəri, müzəffər Ali Baş Komandan İlham Əliyev 30 ilə yaxın müddət ərzində erməni işğalı altında olan müqəddəs və əzəli torpaqlarımızı azad etməklə Azərbaycan xalqının qürurunu özünə qaytardı, xalqı məğrur etdi. Ona görə də çinar ağaclarının əkilməsi möhtərəm Prezidentin adına, fəaliyyətinə layiq bir işdir, onun siyasətinin uzunömürlüyünün, əbədiliyinin göstəricisidir.
Mərkəzi Nəbatat bağının Prezident İlham Əliyevin doğum gününə töhfə etdiyi bu təşəbbüs təbiətin, ekologiyanın, biomüxtəlifliyin qorunmasında, həmçinin ekoloji mədəniyyətin formalaşmasında və təbiətə qayğı hisslərinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir. 60 ağacdan ibarət “Prezident çinarlığı”nın salınması, həmçinin erməni vandalizminin qurbanına çevrilmiş Avropada birinci olan Zəngilan çinar meşəsinin də bərpa edilməsi istiqamətində atılan addımlar xalqımızın qurub-yaratmaq əzminin yüksəkliyini sübut edir.
Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyevin sözlərinə görə, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən, Mərkəzi Nəbatat Bağında bu ilin oktyabr ayından etibarən başlamış işlərin ilkin mərhələsi başa çatmışdır. Qısa müddət ərzində 41 hektar sahəni əhatə edən Bağın təxminən 3 hektarlıq ekskursiyaya açıq ərazisi kol-kos və qurumuş ağaclardan təmizlənmiş, zəruri aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Bərpa işləri zamanı Bağın ərazisində suvarma sisteminın səmərəli təşkili məqsədilə müxtəlif diametrli yeni su boruları və su təhcizatı şəbəkəsi yaradılmışdır. Burada su hovuzlarının təmizlənilməsi və təmiri də həyata keçirilmişdir. Bağı ziyarət edənlərin rahatlığını təmin etmək üçün qısa zaman kəsiyində piyada gəzinti yolları və xiyabanların təmiri gerçəkləşdirilmişdir.
Ekskursiyaya açıq sahələrin yolboyu hissələrinin abadlaşdırılması məqsədilə beton döşəmə plitələrinin salınması prosesi artıq yekunlaşmışdır. Yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü sökülərək müasir tikinti materiallarının istifadəsi ilə ekskursiya sahələrinin yol hissəsinin inşası həyata keçirilmişdır. Bağın ziyarətçilər üçün nəzərdə tutulmuş sahələrinin yol hissəsinin keyfiyyətli materiallarla təmiri Bağın görkəmini müsbət mənada xeyli dəyişmişdir.
N.Allahverdiyevin qeyd etmişdir ki, Bağın ekskursiyaya açıq sahələrində müasir işıqlandırma sisteminin quraşdırılması istiqamətində işlər uğurla davam etdirilib. Bağın 1-ci sahəsində yeni işıq dirəkləri quraşdırılıb. Yeni quraşdırılan dirəklər müasir tələblərə cavab verən led lampalarla təhciz edilib. Yenidənqurma işləri zamanı Bağın ziyarətçilərə açıq ekskursiya sahələrinin dizayn konsepsiyası da nəzərdən keçirilmiş, yaşıllaşdırma işlərinin sürətləndirilməsi məqsədilə yeni yaşıllıq planı hazırlanmışdır. Bağın ərazisində müasir standartlara cavab verən işıqlandırma sistemlərinin quraşdırılması ərazinin gözəlliyini daha da artırır. Bu işıqlandırma sistemləri axşam saatlarında vətəndaşların daha rahat hərəkətini təmin etməklə yanaşı, Bağa cəlbedici görkəm verir.
Lənkəran rayonundan 1100 nadir ağac və bitki növləri gətirilib və onların xüsusi dizaynla əkilməsi prosesi gedir. Mərkəzi Nəbatat Bağında mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində çay kolleksiyası da yaradılmışdır. Bu məqsədlə Azərbaycanın Lənkəran bölgəsindən çay tingləri gətirilərək Bağın ərazisində ayrılmış xüsusi sahədə əkilmişdir. Ölkəmizin cənub bölgəsində subtropik iqlim şəraitində becərilən çay bitkisinin Abşeron iqlim şəraitinə uyğunlaşdırılması, düzgün aqrotexniki qulluq göstərilməsi və ümümilikdə, bu bitkinin biologiyasının araşdırılması istiqamətində tədqiqatlar davam etdiriləcək.
Mərkəzi Nəbatat Bağında oktyabr ayından aparılan yaşıllaşdırma işləri çərçivəsində müxtəlif meyvə ağaclarının əkini prosesi mütəmadi şəkildə davam etdirilməkdədir. Meyvə ağacları sahələrinin bərpası üçün Bağa Bakı və Abşeron yarımadasının iqlim şəraitinə uyğun alma, armud, albalı, alça, yapon əzgili, qoz və s. kimi ağac tingləri gətirilərək əkini həyata keçirilmişdir.
Mərkəzi Nəbatat Bağının kollektivi bundan sonra da Bakı şəhərinin bu nadir, ecazkar və füsunkar ərazisinin daha da inkişaf etdirilməsi və ziyarətçilərə yüksək xidmət mədəniyyəti göstərilməsi istiqamətində fəaliyyətini əzmlə davam etdirəcək.
Tehsil-press.az