
Görüşdə V.Əlizadə rəhbərlik etdiyi müəssisənin elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib. Qonaqlar institutun Botanika muzeyi, Herbari fondu və laboratoriyaları ilə tanış olublar. Onlar Herbari fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa məlumat bazasına və dünya florasına daxil edilməsi üzrə aparılan fəaliyyət barədə məlumatlandırılıb.
Qonaqlar əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.
Səfər müddətində qonaqlar Mərkəzi Nəbatat Bağının əməkdaşları ilə birlikdə ölkəmizin bir sıra təbiət ərazilərinə təşkil olunmuş ekspedisiyalarda iştirak ediblər.
Tehsil-press.az