Mərkəzi Nəbatat Bağında yeni qızılgül sortları yetişdirilir

Mərkəzi Nəbatat Bağında yeni qızılgül sortları yetişdirilir Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında xarici ölkələrdən gətirilən qızılgüllərin növ və sortlarının kolleksiyası toplanır, elmi əsaslarla öyrənilir, introduksiyası və seleksiyası həyata keçirilir. Hazırda Nəbatat Bağında 575 qızılgül sortu toplanılıb. Seleksiya və hibridləşmə üsulu ilə qızlgülün 31 növü əldə edilib.
V.Fərzəliyev qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən Mərkəzi Nəbatat Bağına introduksiya olunmuş bitkilər içərisində ekzotik bitkilərə xüsusi diqqət ayrılır. Son illərdə bu istiqamətdə fəaliyyət genişləndirilir, yeni qızılgül sortları əldə edilir. Abşeron yarımadasının iqlimi quru subtropik iqlim qurşağında yerləşdiyi üçün burada bitkilərin introduksiyası elmi mərhələ təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər