2021-ci ildə 70 qadın öldürülüb, 24 qadın isə xəsarət alıb. Daxili İşlər Nazirliyinin "102" Qaynar xətt mərkəzinə cari ildə 432 min 713 məlumat daxil olub, onlardan 7 min 647-si ailə münaqişəsi və məişət zorakılığı ilə bağlıdır. Qeyd olunan bu məlumatlara əsasən 602 sayda ailəli qadın ərləri tərəfindən döyüllüb. DİN-ə 4 min 52 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.
"Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlu Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd edib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızı, doğma bacısının həyat yoldaşı olan 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlu tərəfindən öldürülüb. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Sumqayıtda oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində həyat yoldaşı 1979-cu il təvəllüdlü Füzuli Qarayev tərəfondən öldürülüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Binə qəsəbə sakini 1973-cü il təvəllüdlü R.A adlı qadın şantaj olunması barədə polisə müraciət edib. Qeyri-rəsmi nikahda olduğu 1971-ci il təvəllüdlü O.İsayev, onun videolarını ailəsinə göstərməklə şantaj edib.
Faktla bağlı araşdırma aparılır.
Şəmkir rayonu ərazisində 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızı avqustun 7-də, saat 23 radələrində Şəmkir rayonu, Yeni Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı - gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Şaran rayon Məliklər kənd sakini, 1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaranan mübahisə zəminində kişi həyat yoldaşını hərəkətdə olan avtomobildən yola atıb. Faktla bağlı araşdırma aparılır.
Nizami Məhərrəmov arvadı Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qeyd edilən tarixdə qayınatası Əmirxan Əflatunovun evinə gələrək ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü də öldürüb.
Faktla bağlı cinayət işi başlanıb.
Sultanova Kəmalə Gülmirzə qızının keçmiş əri, Sultanov Nurlan Nazim oğlunun tərəfindən öldürülüb.
1985-ci il təvəllüdlü Aynur Gülağa qızı Mirzəyeva qarın və ürək nahiyəsindən deşilmiş yara diaqnozu ilə Xəstəxanaya gətirilib. Həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Ağayeva Elza Cəfər qızı, həyat yoldaşı Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb.Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
1964-cü il təvəllüdlü Əzizova Qətibə Xanəhməd qızının boğazı iti alətlə kəsilib. O, boğazı kəsilmiş halda əri tərəfindən xəstəxanaya çatdırılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
35 yaşlı Əhməd (ad şərtidir) adlı şəxs 14 yaşına çatmayan Səbinə (ad şərtidir) adlı məktəblini zorlamağa cəhd edib. Əhməd barəsində 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
62 yaşlı Afət Allahverdiyeva Sabunçu rayonunda yerləşən öz evində öldürülüb. Hadisəni mərhumla bir evdə yaşayan qardaşı oğlu törədib.
Sumqayıtda kişi gənc qadına ağır xəsarətlər yetirib. Məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. 41 yaşlı Teymur Heydərov 27 yaşlı N.H.-nı döyüb, daha sonra onun üzünə kimyəvi maddə olan sulfat turşusu (“kislota”) töküb. Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
46 yaşlı Sevinc Əsgərova, özünü binanın doqquzuncu mərtəbəsindən atıb və hadisə yerində həyatını itirib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
İmişlidə 11 yaşlı qız, uşaq dünyaya gətirmişdir. Araşdırmalara əsasən məlum oldu ki, zorakılığı törədən şəxs ögey atasıdır. Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda kişi, tanışları ilə birləşib sevgilisini yataqda öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Farid Axundov 18, Rəsul Quluzadə və Heydər Nəsirli hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Bakıda iki oğlan 15 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Məhkəmə, dostlar haqqında Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə hökm çıxarıb. Qədirin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, onu iki il müddətinə, Qasımı beş il müddətinə azadlıqdan məhrum edib.
Bərdədə orta yaşlı qadın özünü kanala ataraq intihar edib. Hadisə Qarabağ kanalının rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib.
Qazax şəhərində intihar hadisəsi olub. Hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. N.Talıbova özünü asaraq intihar edib.
Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Nəcəfova Bənövşə Surxay qızı, övladı tərəfindən bıçaqlanıb. Yaralı bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycanda qadın, sosial şəbəkələrdə foto paylaşdığına görə keçmiş həyat yoldaşı tərəfindən döyülüb. Keçmiş həyat yoldaşı 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunub.
Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədova yaşadığı evdə öldürülüb. Məlumata görə, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədov Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürüb.
Sumqayıtda qadın intihara cəhd edib. Belə ki, oktyabrın 11-də saat 14:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən dənizkənarı parkda qadın qəfil özünü dənizə atıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin qadın sudan çıxarılaraq xilas edilib.
15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanın üzərinə qaynar su tökərək onu yandırıb. Xəsarətlə nəticələnən hadisə üç ay əvvəl baş versə də, təfərrüat indi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Ata və oğul saxlanılıb.
1981-ci il təvəllüdlü Ramil Səfərov, həyat yoldaşı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Feminist fəal Sənay Yağmur, 2020-ci ilin avqust ayında xalasıoğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qalıb və bununla bağlı polisə müraciət edib.
Zaqatala rayonu Çobankol kənd sakini Nicat Soltanov, ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Nərminə Məmmədovanı bıçaqlayıb. Hadisə Soltanovun Qax rayonunda işlədiyi fermada baş verib. Faktla bağlı cinayət işi açılıb.
Bərdə rayonunun Muğanlı kənd sakini Tural Mustafayev, həyat yoldaşı 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı araşdırma davam edir.
Bakıda ata, 11 yaşlı qızına spirtli içki içirdərək zorlayıb. Bu barədə sentyabrın 7-də Quba rayon sakini, zorakılığa məruz qalan, 2004-cü il təvəllüdlü Fidan C. polisə müraciətində bildirib. O qeyd edib ki, Baxış Rəhmənov ona spirtli içki içirdərək zorlayıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində araşdırma aparılıb.
41 yaşlı Ramil Bayramov 19 yaşlı qızı qaçırıb, bir gün sonra onu zorlayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində gənc qız evinə qaytarılıb. Şəxs barəsində cinayət işi başladılıb.
Bakıda 24 yaşlı qız zorlanıb. Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 1997-ci il təvəllüdlü M.C. (ad şərtidir) polisə müraciət edərək, Fərid adlı qonşusu tərəfindən zorlandığını bildirib.
Gəncədə bıçaqlanma olub. Hadisə şəhərin “Cavadxan” qəsəbəsində qeydə alınıb. 29 yaşlı Əzizova Ayşə Sehrəddin qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qadın qardaşı tərəfindən bıçaqlanıb.
Avqust ayının 14-ü səhər saat 7-8 iradələrində Biləsuvar sakini 1992-ci il təvəllüdlü Gülər İmamzadə özüylə birgə övladını kanala atıb.
Abşeron rayonunda 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı, evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Lökbatan qəsəbəsində 1988-ci il təvəllüdlü Səfərova Ülviyyə Zahir qızı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səfərov İsmayıl Qafar oğlu tərəfindən bıçaqlanıb.
İyulun 23-ü saat 1 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyiti aşkar edilib.
İyulun 25-i saat 5 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayeva, həyat yoldaşı 1983-cü il təvəllüdlü Aqil Mustafayev tərəfindən boğularaq qəsdən öldürülüb.
Şabranda 31 yaşlı Aysel Arif qızı Babayeva bıçaqlanıb. İlkin araşdırmalardan sonra qadını bıçaqlayan şəxsin, onun keçmiş həyat yoldaşı - Qalib adlı şəxs olduğu müəyyən edilib.
Şəmkir rayon sakini İntizam Hüseynov, ailə münaqişəsi zəminində qaynanası 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı və həyat yoldaşı 1990-ci il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qayınanası vəfat edib, həyat yoldaşı da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
1984-cü il təvəllüdlü Məmiyeva Aidə Sərhəd qızı, həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Daşkəsən rayonunda altı uşaq anası olan Z. Məhərrəmova, həyat yoldaşı R.Məhərrəmov tərəfindən qarın nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə Sübhan adlı şəxs, Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız, Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkarlanıb. O, tanışı Əlizadə Eynur Əfqan oğlu tərəfindən sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürülüb.
Ağcabədidə 15 yaşlı qız ana olub. Hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S.H.-nın övladı dünyaya gəlib. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqəyə girmək cinayət hesab olunur.
2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimi işləyən Fəqan Əhmədov, həyat yoldaşı Pərvanə Əhmədovaya odlu silahdan atəş açıb. Qadın, aldığı güllə yarsından dünyasını dəyişib.
Ağstafa rayonunun Köçəsgər kəndində 62 yaşlı Çiçək Hüseynovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilsə də, dəqiqləşdirmələr zamanı onun tək yaşadığı evdə naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.
1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova bıçaqlanaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, V.Kərimova xəstəxanada ölüb.
Aprelin 5-də Şəmkir rayonunun İrmaşlı kənd sakini Aybəniz Alıyeva qohumu tərəfindən döş qəfəsinə bıçaq xəsarətləri alaraq dünyasını dəyişib.
Hövsan qəsəbəsində 1984-cü il təvəllüdlü Əhmədova Vüsalə Aslan qızı əri tərəfindən boğazından bıçaqlanıb.
Neftçala rayonunun Mirqurbanlı kəndində atası və özü ruhi xəstə olan 9-cu sinif şagirdi qız vəziyyətindən sui-istifadə edən bibisinin həyat yoldaşı tərəfindən cinsi zorakılığa məruz qalıb.
Hacıqabulda 35 yaşlı Rəsulova Fəxriyyə Feyruz qızı, qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.
Lənkəranda 1948-ci il təvəllüdlü Rəisə Əzizova, bədəninin müxtəlif yerlərində kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin R.Əzizovanın oğlu tərəfindən ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
28 mart saat 18:00 radələrində Qobustan şəhər sakini Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı aralarında baş verən dava zamanı bıçaqla həyat yoldaşının başını kəsib.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində 62 yaşlı Hacıağa Salmanov, 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.
Gəncədə bir ay əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti zibil qutusundan tapılıb. Onun qətlə yetirildiyi məlum olub. Qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.
Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.
Masallıda 23 yaşlı Firuzə Məmmədova, keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova, yaxın qohumlarının evinə qonaq gedərək özünü binanın dördüncü mərtəbəsindən atıb.
Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın birində intihar hadisəsi baş verib. Mediada olan məlumata əsasən 15-ci mərtəbədən özünü ataraq intihar edən 30 yaşlı qadın, həyətdəki maşının üstünə düşərək yerində keçinib.
Yevlax rayonunun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı həyat yoldaşı tərəfində xəsarət yetirilərək ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
P.S. Hər il ölkədə onlarla qadın öldürülür, yüzlərlə qadın müxtəlif formada zorakılığa məruz qalır. Əslində, bu gün aramızda olmayan qadınlara görə hamımız məsuliyyət daşıyırıq. Çünki onların ölümündə biz də günahkarıq.
Biz Sevinci, Pərvanəni, Elnarəni, Türkanı, Firuzəni, Vüsaləni, Aynurəni qoruya bilmədik. Cəmiyyət olaraq zorakılığa məruz qalan, öldürülən, döyülən, şantaj edildiyi üçün intihar edən hər bir qadının qanı var əllərimizdə.
Yəqin ki, bu statistikaya da heç baxmayacaqsınız. Çünki sizin üçün maraqlı deyil.
Qısacası, Azərbaycanda qadınlar öz həyat yoldaşı, qardaşı, atası, qaynatası və ya başqa bir yaxını tərəfindən öldürülür. Həm də qəddarcasına öldürülür. Biri qızına zəhərli iynə vurur, biri həyat yoldaşını məftillə boğur, biri balta ilə başını kəsir, biri... Və biz cəmiyyət olaraq bu olanlar qarşısında sadəcə susuruq.
Deputat Fazil Mustafa, qadına qarşı zorakılıqla bağlı cəzaların sərtləşdirilməsini təklif etmişdi. Görəsən ilin 12 ayı deputat kürsüsündə gözünü döyən deputatlarımız nəyə baxır, hara baxır? Niyə qadın zorakılığına qarşı susurlar?
Biz bunun cavabını bilmirik. Bircə onu bilirik, bu ölkədə heç bir qadının həyatı sığortalanmayıb…
Qadın cinayətlərinə göz yumulmamalıdır, gender əsaslı zorakılığa qarşı susulmamalıdır. Daha öldürülmək, şiddət yaşamaq istəmir Azərbaycan qadını… Artıq bu haqsızlığa son qoyulmalıdır, buna “bir dur” deyilməlidir…
Tehsil-press.az