AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirinin müavini Heiko Şvarzın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) işgüzar görüşdə olub.
Rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uzunmüddətli səmərəli əməkdaşlığından danışıb. Həmçinin Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycanda fəaliyyətinin AzTU-nun inkişafındakı rolu və perspektiv imkanları barədə fikirlərini bildirib.
Səfirin müavini mühəndis hazırlığı sahəsində Almaniya tərəfinin AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə bir sıra əməkdaşlıq məsələləri, o cümlədən DAAD ofisinin AzTU-da fəaliyyətinin bərpa olunması, Branderburq Texniki Universiteti ilə uğurlu əməkdaşlığı nəzərə alaraq magistr hazırlığı istiqamətində ikili diplom proqramı haqqında müqavilənin imzalanması, birgə tədqiqatların aparılması və layihələrin yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev, Frayberq Dağ-Mədən və Metallurgiya Akademiyasının dosenti Rezo Əliyev iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər