Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Madrid Politexnik Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye Mühəndisləri Ali Texniki Məktəbinin Energetika departamentinin əməkdaşı Jorge Servetlə görüşüb.
Rektor qonağa universitetdə aparılan islahatlar və bu yaxınlarda Türkiyəyə etdiyi işgüzar səfər barədə məlumat verib. Bildirib ki, AzTU həm Türkiyə, həm Avropa, o cümlədən İspaniya universitetləri ilə əməkdaşlıqda maraqlıdır.
Jorge Servet İspaniya universitetlərinin texniki təhsil sahəsində gördüyü işlərdən danışıb.
Görüşdə tələbə, müəllim mübadiləsi, ikili diplom proqramlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər