Dilçilik İnstitutunun 75 illik yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Dilçilik İnstitutunun 75 illik yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın 2020-ci il üçün ilk iclası keçirilib.
İclası giriş sözü ilə açan müəssisənin direktoru, akademik Möhsün Nağısoylu “Nəsimi ili”ndə mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Akademik bildirib ki, İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı 4 kitab çap olunub. İlin mühüm nəticəsi kimi “Azərbaycan dilinin tarixi sintaksisi” kitabı işıq üzü görüb. Müstəqillik dövrünün ilk elmi qrammatikası yaradılıb.
Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib.
İclasda Dilçilik İnstitutunun illik iş planı və elmi-tədqiqat işlərinin fərdi planı təsdiq olunub.
Bununla yanaşı, Dilçilik İnstitutunun 75 illik yubileyinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Sonda cari məsələlərə baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər