20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev çıxış edərək 20 Yanvar hadisələrindən danışıb. O, faciənin tariximizin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsi olduğunu bildirib.
S.Mirzəyev bu tarixi günün yad edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Fakültənin professoru Cahangir Məmmədli Qanlı Yanvar gecəsinin canlı şahidi kimi baş verən prosesləri əbədi olaraq yaddaşına həkk etdiyini, faciənin necə ağrılı-acılı bir hiss olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 20 Yanvar faciəsini xalqımız heç vaxt unutmayacaq.
Fakültənin tədris işləri üzrə dekan müavini Esmira Rövşənova, əməkdaşlardan Diləfruz Şahbazova, Zibeydə Mirzəyeva 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs ediblər.
Jurnalistika fakültəsinin birinci kurs tələbələri Anar Hüseynov, Fidan Bəbirova və Sərvinaz Hacalıyevanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda çıxış edən fakültənin dekanı Vüqar Əliyev 20 Yanvarda Azərbaycan xalqının istiqlal əzmini ortaya qoyduğunu vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər