İndoneziya hökuməti və İndoneziya Respublikası Araşdırmalar, Texnologiya və Ali Təhsil Nazirliyi bu ölkənin 16 universitetində bakalavriat və magistratura pillələrində təhsil almaq istəyən tələbələr üçün “İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı” adlı təqaüd proqramını təklif edir.
2018-ci il üçün müxtəlif ölkələrdən magistr dərəcəsinə 140 və bakalavr dərəcəsi üçün isə beş təqaüd kvotası təklif olunur. Namizədlər bu proqramda iştirak edən 16 qabaqcıl universitetdən birində təhsil ala bilərlər.
Müraciətlər aprelin 30-dək qəbul olunur. Nəticələr iyunun ikinci həftəsində elan ediləcək. Müraciətlə bağlı KNB təqaüd saytında məlumat yerləşdirilib.
KNB təqaüd proqrami ilə əlaqədar daha ətraflı məlumatı isə www.knb.ristekdikti.go.id. internet səhifəsindən əldə etmək olar.
Tehsil-press.az