Liberiyanın paytaxtı Monroviya şəhərində kilsədə yaranan basırıq nəticəsində azı 29 nəfər həlak olub.
Bu barədə Reuters agentliyi Liberiyanın informasiya nazirliyinə istinadla məlumat yayıb. Hadisə çərşənbə günü axşam saatlarında şəhərin Nyu-Kru-Taun rayonunda baş verib. Həkimlər 29 nəfərin öldüyünü və daha bir neçəsinin ağır vəziyyətdə olduğunu bildiriblər.
Şahidlərin sözlərinə görə, bir qrup silahlı şəxs kilsəyə girərək dindarları qarət etməyə cəhd göstərib və bu zaman basırıq yaranıb.
Liberiya Prezidenti Corc Vea faciə səbəbindən ölkədə üç günlük matəm elan edib.
Tehsil-press.az