“Heydər Əliyevin hakimiyyətdə olduğu ilk günlərdən 20 Yanvar faciəsinə respublika səviyyəsində qiymət verildi və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi tariximizin ayrılmaz hissəsidir”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Bugünkü günlərdə biz 20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda, ahəngdə qeyd edirik. Belə ki, artıq Azərbaycanın torpaqları işğaldan azad olunub. Qəhrəmanlıq nümayiş etdirərək, torpaqlarını azad etmiş məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinə tariximizin ayrılmaz hissəsi kimi baxırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - o qeyd edib.
Tehsil-press.az