UNEC- də qış imtahan sessiyası davam edir

UNEC- də qış imtahan sessiyası davam edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021-2022-ci tədris ilinin qış imtahan sessiyası davam edir.
Sessiyada bakalavriat səviyyəsində qabiliyyət tələb edən fənlər istisna olmaqla, digər fənlər üzrə bütün imtahanlar test üsulu ilə keçirilir. İmtahanlarda tələbələrə 50 sualı cavablandırmaq üçün riyazi fənlər üzrə 80 dəqiqə, xarici dildə işgüzar və akademik kommunikasiya fənləri üzrə 100 dəqiqə (qiyabidə 60 dəqiqə), qalan fənlər üzrə isə 60 dəqiqə vaxt verilir. Test sualları tələbələrə təqdim edilən fənlərin siyahısı gələn həftə ərzində şəxsi kabinetlərə göndərilir. Magistratura səviyyəsində isə bütün fənlər üzrə imtahanlar yazılı üsulla keçirilir.
İmtahan sessiyası fevralın 2-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər