Texniki Universitetdə imtahan sessiyası ilə əlaqədar "Qaynar xətt" yaradılıb

Texniki Universitetdə imtahan sessiyası ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyası davam edir.
İmtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib. Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və pandemiya əleyhinə qoruyucu vasitələrdən istifadə edirlər. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur.
Qış imtahan sessiyasının təşkili ilə əlaqədar olaraq Qərargah və Apellyasiya Komissiyası yaradılıb. İmtahan sessiyası ərzində hər həftənin şənbə günü “Açıq qapı” günləri təşkil olunacaq.
İmtahan sessiyası müddətində müraciətlərin qəbulu ilə bağlı (012) 539 12 65 nömrəli "Qaynar xətt" yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər