“WorldSkills Asia” təşkilatının 5-ci Baş Assambleyası çərçivəsində Texniki Komitənin onlayn iclası keçirilib.
Görüşdə üzv dövlətlərin texniki nümayəndələri iştirak ediblər. İclasda cari məsələlərlə yanaşı, növbəti yarışlarda yeni bacarıqların qazanılması, növbəti il Malayziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək yarışların formatı və həmçinin cari ildə keçirilməsi planlaşdırılan onlayn yarışlara ev sahibliyi etmək imkanları müzakirə olunub.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” platforması 2020-ci ildə “WorldSkills Asia” təşkilatına üzv seçilib. "WorldSkills Asia” Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsi üçün yaradılmış təşkilatdır.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
Tehsil-press.az