18 oktyabr tarixində Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Səfirliyində Dövlət Müstəqilliyi Günü münasibətilə qəbul keçirilib.
Tədbirin xüsusi qonaqları qismində Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən CAMCA təqaüd proqramı çərçivəsində Vaşinqtonda səfərdə olan sözügedən dövlətlərin nümayəndələri iştirak etmişlər. Bundan əlavə tədbirə qeyd edilən dövlətlərin Vaşinqtondakı səfirləri (Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan), Gürcüstan və Əfqanıstan Səfirliklərinin diplomatları, eləcə də Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi, CAMCA proqramının məsul nümayəndəsi Dato Sumbadze və digər xüsusi qonaqlar qatılıb.
Qonaqları salamlayan səfir Elin Süleymanov Ramsfeld Fondunun müvafiq təqaüd proqramında iştirak edən nümayəndələrinin Azərbaycan Səfirliyinə səfərinin artıq ənənəyə çevrildiyini məmnuniyyətlə qeyd etdi.
Daha sonra səfir E.Süleymanov Səfirlikdə baş tutan bu tədbirin əlamətdarlığını vurğuladı və qonaqlara Azərbaycanın müstəqillik tarixi, keçdiyi inkişaf yolu, apardığı uğurlu və ardıcıl siyasəti barədə geniş məlumat verdi. Diplomat vurğuladı ki, bu siyasət və görülən tədbirlər nəticəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirmiş və hazırda ölkəmiz ciddi tərəfdaş kimi dünyada öz yerini tutmuşdur. Daha sonra E.Süleymanov Azərbaycanın təşəbbüsü və aparıcı rolu əsasında icra olunan enerji və nəqliyyat infrastruktur layihələr barədə məlumat verdi və bu layihələrin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inteqrasiyası baxımından əhəmiyyətini göstərdi.
Çıxış edən qonaqlar, o cümlədən Qazaxıstan səfiri Erzhan Kazıxanov, Tacikistan səfiri Farhod Salim və Qırğızıstan səfiri Kadır Toktogulov bu əlamətdar gün münasibətilə Azərbaycanı təbrik etmiş, ölkəmizin uğurlu inkişaf yolunu təqdir etmiş və onun şərəfinə badələr qaldırmışdır. Həmçinin sözügedən səfirlər sabitlik və iqtisadi rifah naminə regional əməkdaşlığın vacibliyini qeyd etmiş və Ramsfeld Fondunun CAMCA proqramı timsalında bu kimi çoxtərəfli təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Tesil-press.az