Dövlət qulluğu üzrə daxili müsahibəyə 22 vakant vəzifə çıxarılıb

Dövlət qulluğu üzrə daxili müsahibəyə 22 vakant vəzifə çıxarılıb Ötən il dekabrın 30-da elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Elan üzrə 11 dövlət orqanında mövcud olan 22 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 49 namizəddən 38-nin müsahibədə iştirakına razılıq verilib.
Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, aparat, rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 20 namizəd), İqtisadiyyat Nazirliyi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 5 nəfər) vəzifələri üzrə yaranıb.
Müsahibələrin bu il fevralın 1-dən 15-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər