Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunda onlayn formatda Çin Yeni il tədbiri keçirilib

Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunda onlayn formatda Çin Yeni il tədbiri keçirilib Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan-Çin Tələbələr Birliyinin təşkilatçılığı ilə onlayn formatda “Baharı qarşılayaq, Qış Olimpiya Oyunlarını qeyd edək” adlı 2022 Çin Yeni il tədbiri keçirilib.
Tədbirdə Çinin ölkəmizdəki səfiri xanım Guo Min, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Anhui Universiteti Konfutsi İnstitutunun İdarəetmə Ofisinin direktoru Luo Siaocı, "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı, Bakı beynəlxalq dəniz ticarəti limanı baş direktorunun müşaviri, Azərbaycan-Çin əməkdaşlığı ictimai birliyinin sədri Rəşad Kərimov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın Çin dilində informasiya redaksiyasının müdiri Elçin Qədirov, ADA Universiteti, Azərbaycan Universiteti, Qərb Universiteti, həmçinin bir sıra tədris mərkəzlərinin nümayəndələri, Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutunun Azərbaycan və Çin tərəfdən rektorları, Çin dili üzrə tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdə səfir Guo Min təbrik nitqi ilə çıxış edib. Qeyd olunub ki, Çinin dünyanın digər ölkələri ilə dostluq əlaqələrinin davamlı olaraq dərinləşməsi nəticəsində Çinin Bahar Bayramı təkcə çinlilər üçün deyil, o cümlədən Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan insanların sevimli bayram festivalına çevrilib. 24-cü Pekin Qış Olimpiya Oyunlarının açılışına az vaxt qaldığını deyən səfir Guo vurğulayıb ki, Çin "həmrəylik, dostluq, ədalətli rəqabət və qarşılıqlı anlaşma" əsasında Olimpiya ruhunu güclü şəkildə təşviq etmək üçün beynəlxalq ictimaiyyətlə birgə səylər göstərməyə hazırdır. Bildirilib ki, Pekin Qış Olimpiya Oyunları Çin və Azərbaycan arasında idman sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı fürsət yaradır.
Çıxışlardan sonra tədbir tələbələrin bir-birindən maraqlı mahnı, şeir, rəqs və Vu Şu döyüş sənətinə aid çıxışları ilə davam edib. Çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda iştirakçılar Çin Yeni ili və Pekin Qış Olimpiya Oyunları münasibətilə öz təbriklərini çatdırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər