Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda distant formatda Ay (Şərq) təqvimi üzrə Çin Yeni il tədbiri keçirilib.
Tədbirdə Çinin ölkəmizdəki səfiri xanım Guo Min, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Bakı beynəlxalq dəniz ticarəti limanı baş direktorunun müşaviri, Azərbaycan-Çin əməkdaşlığı ictimai birliyinin sədri Rəşad Kərimov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev, Bakı Dövlət Universitetinin xarici əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Çin haqqında videofilm nümayiş etdirildikdən sonra səfir Guo Min təbrik nitqi ilə çıxış edib. Diplomat qonaqları, müəllim və tələbələri, tədbir iştirakçılarını Çin Yeni ili münasibətilə ÇXR səfirliyinin diplomatları adından təbrik edərək, hamıya cansağlığı və işlərində uğurlar arzulayıb. Bahar festivalının Çində ən arzu edilən, yüksək səviyyədə qeyd edilən və ən vacib bayram olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Hazırda dünyada davam edən pandemiya səbəbindən tədbirin online formatda keçirilməsinə baxmayaraq, hamının yüksək bayram əhvalı-ruhiyyəsində olduğundan çox sevindiyini bildirib. Bahar festivalı qədimdən davam edən böyük tarixi əhatə edərək, tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. Ay təqvimi üzrə Bahar festivalı zamanı etnik xüsusiyyətləri özündə ifadə edərək, Çində müxtəlif tədbirlər keçirilir.
Sonra BDU nəzdində Konfutsi İnstitutunun Azərbaycan Respublikası tərəfindən direktoru, BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli çıxış edib. O.Cəlilbəyli çıxışında tədbir iştirakçılarını Çin Yeni ili – 4719-cu il münasibətilə təbrik edərək, Ay təqvimi üzrə Çin Yeni il bayramının tarixindən və ənənələrindən danışıb. Azərbaycanda da Ay təqvimi üzrə qeyd edilən Bahar bayramı – Novruz haqqında məlumat verib. O qeyd edib ki, çinlilər kimi, azərbaycanlılar da yeni ili iki dəfə, Qərb və Şərq təqvimləri üzrə qeyd edirlər. Hər iki bayramın qədim sivilizasiyanın əlamətləri olduğunu bildirərək, oxşar cəhətlərinin olduğunu qeyd edib. O.Cəlilbəyli BDU nəzdində Konfutsi İnstitutunun cari ildə əldə etdiyi nailiyyətlər haqqında da qısa məlumat verib.
Çıxışlardan sonra Konfutsi İnstitutunun tələbələri Çin dilində mahnı və rəqs proqramları ilə çıxış ediblər. Tədbirin gedişi zamanı uduşlu lotereya yarışları keçirilib.
Tehsil-press.az