Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında “Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni”nin təqdim olunması mərasimi keçirilib.
Mərasim Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada çıxış edərək Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəylinin Azərbaycanda yapon dili və mədəniyyətinin davamlı təbliğinə və ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə bu ordenə layiq görüldüyünü bildirib.
Sonra səfir Cuniçi Vada azərbaycanlı alimə “Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni”ni təqdim edib.
Professor Oqtay Cəlilbəyli fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını ifadə edib, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf tarixindən danışıb.
Sonra xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, 1875-ci ildə təsis olunan bu ordenin səkkiz dərəcəsi var. Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında böyük əməyi olmuş əcnəbi vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim edilir. İndiyədək bu mükafata ümumilikdə 4 mindən çox şəxs layiq görülüb. Onların arasında ABŞ Prezidenti Con Kennedinin qızı, bu ölkənin Yaponiyadakı sabiq səfiri Kerolayn Kennedi və avstraliyalı məşhur aktrisa Oliviya Nyuton-Con da var. Həmin mükafat Azərbaycandan ilk dəfə Baş nazirin sabiq müavini Abid Şərifova verilib.
Tehsil-press.az