BDU Avropanın qabaqcıl universitetlərini birləşdirən platformaya qoşulub

BDU Avropanın qabaqcıl universitetlərini birləşdirən platformaya qoşulub Bakı Dövlət Universiteti (BDU) Avropa Universitetləri Assosiasiyasının (EUA) tamhüquqlu üzvü qəbul edilib. Bununla da, BDU Avropanın qabaqcıl universitetlərini birləşdirən platformaya qoşulub.
BDU-da tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində mühüm addımlar atılır. Universitetdə dünyanın nüfuzlu beynəlxalq elm və təhsil qurumlarında iştirakını təmin etmək məqsədilə ardıcıl işlər görülür.
BDU-nun EUA-ya üzv olması məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edəcək. EUA-ya üzvlük Avropanın ali təhsil, elm və innovasiyalar üzrə qabaqcıl təcrübəsindən yararlanmağa və yeni əməkdaşlıqların qurulmasına təkan verəcək.
17 milyon tələbənin təhsil aldığı, 48 ölkənin 800-dən çox universitetinin birləşdiyi Avropa Universitetləri Assosiasiyası qlobal dayanıqlı inkişafda əhəmiyyətli rol oynayan qurumdur. Bir sıra beynəlxalq təşkilatlarla davamlı qarşılıqlı əlaqə vasitəsilə Avropa universitetlərinin müstəqil təşəbbüslərinin, onların fəaliyyətinə təsir göstərəcək qərarların qəbulunda mövqelərinin eşidilməsini təmin edir.
EUA universitetlərə beynəlxalq layihə və tədbirlərdə iştirak etməklə təcrübə mübadiləsi imkanları yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər