Azərbaycan Texniki Universitetində Kitabxana-İnformasiya Mərkəzi yaradılacaq

Azərbaycan Texniki Universitetində Kitabxana-İnformasiya Mərkəzi yaradılacaq Azərbaycan Texniki Universitetində (AzTU) müasir, rəqəmsal texnologiyalarla idarə olunan, yüksək təminatlı, ənənəvi və elektron formatda fəaliyyət göstərəcək Kitabxana-İnformasiya Mərkəzi yaradılacaq.
Bu barədə Elmi şuranın növbəti onlayn iclasında qərar qəbul edilib.
İclasda rektor Vilayət Vəliyevin 2020-2021-ci tədris ilində universitetin fəaliyyəti ilə bağlı hesabatı dinlənilib və qəbul edilib, həmçinin qarşıda duran məsələlər barədə məlumat verilib.
İclasda 2021-2022-ci tədris ili üçün akademik təqvim planı və Elmi şuranın iş planı da təsdiq olunub.

Tehsil-press.az


Oxşar xəbərlər