Oğurluq “verilişlərə” STOP: Malaxovdan, Zühal Topaldan KOPYALAMAYA SON!!!

Oğurluq “verilişlərə” STOP: Malaxovdan, Zühal Topaldan KOPYALAMAYA SON!!! Jurnalistika yaradıcılıqdır, jurnalistika ilhamdır, jurnalistika öz beyin məhsulunu ağ vərəqə köçürmək, öz düşündüklərini səni oxuyan və dinləyən insanlara məntiqlə, mənalı sətirlərlə ötürmək sənətidir. Axı jurnalistika başqalarının layihələrini, ideyalarını kopyalamaq, yazılarını oğurlamaq sənəti deyil, qəti!
Amma təəssüf ki, illər boyu mediamızda qəlib cümlələrdən ibarət standart “jurnalistika” milli mətbuatımız üçün qəbirqazan funksiyası daşıyıb, yaradıcı qələmləri məzara yollamaqla məşğul olub. Bu, bir həqiqətdir ki, cəmiyyətimizdə yaradıcı, öz fikri olan jurnalist yazısı can almağa gələn əzrayıl qiyafəsində görünüb, ona qarşı qorxu və xoflu münasibət olub. Nədən qorxublar yaradıcı jurnalistikadan, güllə kimi hədəfə dəyən sətirlərdən?
Bir çoxları boğaza qədər cinayət və korrupsiya bataqlığına bulaşdıqları üçün, bəziləri o yazıları həzm etmək şüuruna sahib olmadıqları üçün və tam əksəriyyəti isə içi boş başlarını salamat saxlamaq üçün YARADICI JURNALİSTİKANI məzara gömüb, üstündən də salavat çeviriblər. Əvəzində bu gün də tüğyan edən, amma yeni formada milli mətbuatı gənə kimi gəmirib bitirən “REKET jurnalistika”ya meydan açdılar, bədənini satışa çıxaran bir sıra ləçərlərə və gədə-güdələrə “jurnalist vəsiqəsi” verib saldılar ölkənin canına. Bu addım həm də ciddi, peşəkar jurnalistikanın sıradan çıxarılması və HÖRMƏTDƏN SALINMASI planı idi. Plan elə vüsətlə və uğurla alındı ki, peşəkar mətbuatı birdəfəlik qurutdu, əsl JURNALİST imicini yerin dibinə soxdu. Məqsəd o idi, o da alındı, vəssalam. İndi də qeyri-peşəkar efirlər, oğurluq “verilişlər” at oynadır telekanallarda.
Ən “prestij” telekanallarda Andrey Malaxovun, Zühal Topalın verilişlərinin “kopyalanması”, “aparıcıların” da öz saç düzümlərini onlara oxşatması kimi iyrənc və təlxək “yarış” başlayıb. A.Malaxova bənzəmək üçün yalandan özünü elit və intellektual aparıcı kimi gözə soxmağa çalışan, Z.Topalın verilişini kənddəki kino klubda məşq edən dərnək formasında təqdim edənlər bilirsiniz nəyin “məhsuludur”? - milli mətbuata, yaradıcı jurnalistikaya atılan daşların məhsulu! Axı bizdə gözəl bir misal var: “Nə əkərsən, onu da biçərsən”.
İndi mətbuatı bu cür rəzillikdən, pisliklərdən təmizləmək lazımdır. Amma bu məsələ olduqca çətindir. İllərin oturuşmuş pislikləri bir anda heç zaman təmizlənməz. MEDİA qurumuna ən çox təşəkkür ona görə edilməlidir ki, illərin bataqlığında çapalayan mətbuatı bu çirkabdan qurtarmaq üçün olduqca çətin bir missiyaya başlayıb. İllərin üfunətini bir neçə ilə təmizləmək olduqca çətindir, burası məlumdur. Amma bu üfunəti qara yara kimi mətbuatdan silib aparmaq həm də tarixi missiyadır, şərəf məsələsidir.
Bütün bu pislikləri, yoxa çıxan yaradıcı jurnalistikanı ancaq xəyallarımızda təsəvvür edən zaman 90-cı illərin mətbuatı üçün indi sino gedirik. Nədən? - çünki sözün əsl mənasında yaradıcı, əl-əl oxunan və özünə sayğı qazanan ciddi mətbuat hər zaman xiffət çəkici olur, türklər demişkən özlənməli olur. Qeyri-peşəkarların, istedadsızların efirlərdə, qəzet və saytlarda meydan suladığı bu günlərdə, xüsusilə, son on-on beş ildir ki, milli mətbuatımız bütün yaradıcılıq dəyərlərini, yeniliyə aparan qələm tərzini məzara göndərib. Əvəzində əxlaq və mədəniyyət yoxsulu olan, bakirəliyi ilə birlikdə efir tərbiyəsindən də məhrum olan həyasız ləçərlərin, cinsi orintasiyasını dəyişib küçə səviyyəli “ağıl və tərbiyəsi” ilə gələcəyimizi məhv edən qulağısırğalı, “petux” ləqəbli cinsi azlıqların at oynatdıqları efirlər adamın gözünə girir. Efirlər belələri ilə doludur, özü də əcaib formada. Təsəvvür edin ki, bu cinsi azlıq gədəsi milli kişilikdən dəm vurur, ləçər “aparıcı” əxlaqdan moziə oxuyur və onlara tamaşa edən yeniyetmə və gənclik də bu parazitləri örnək kimi həzm edirlər. Bu cinsi azlıq, bu həyasız ləçər 100 minlik bahalı avtomobillərdə gəzir, komfortlu villalarındakı alt paltarlarını efirlərdə gözə soxur, onları izləyən gənclərə də əsl rahat həyatın yolunun bu cür “yaşayışdan” keçdiyini təqlin edir, o gənclərin beyinlərinə dürtüşdürürlər. Ən böyük ölümcül təhlükə budur.
Bu sözlərimi unutmayın: Qarabağı 30 ildən sonra qanımızla, canımızla geri qaytara bildik, amma məhv olan əxlaqımızı və milli kimliyimizi bir də əsla!

Tehsil-press.az


Oxşar xəbərlər