Azərbaycan mətbuatı, uzun müddətdir ekspert çatışmazlığından əziyyət çəkir. Peşəkar jurnalistika ilə məşğul olan hər kəs bilir ki, Azərbaycan jurnalistikasında ciddi ekspert çatışmazlığı yaşanır.
Məsələn, ölkənin əmtəə bazarını araşdıran, bu barədə əldə etdiyi məlumatları jurnalistlərlə paylaşan “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov kimi ikinci bir ekspert yoxdur ki, Eyyub müəllimə zəng çatmasa və ya fərqli fikir olsun deyə başqasına müraciət edəsən.
Və yaxud əvvəllər Su istehlakçıları Birliyinin sədri Dövlət Məmmədov var idi. Su ilə bağlı nə zaman danışmaq istəəsn, Dövlət müəllim suallarına cavab verər, səni istiqamətləndirərdi. Dövlət müəllim dünyasını dəyişdikdən sonra, sözün əsl mənasında onun yeri boş qaldı.
Bu gün qadın hüquqlarından danışan barmaqla sayılacaq qədər ekspert var. Sosioloq tapmaq isə, ən böyük problemə çevrilib. Həqiqətən çox maraqlıdır ki, niyə bu sahələrə maraq yoxdur. Və yaxud bəlkə günah elə biz jurnalistlərdədir ki, axtarıb tapmırıq və ya uyğun sahələr üzrə ekspertlərin yetişməsinə şərait düzəltmirik. Sonra da deyirik ki, televiziya proqramlarına kimi oldu ekspert adına insanlara sırıyırlar. TV işçisi neyləsin ki, bu sahə bomboşdur. Üzə çıxmaq istəyənin də mütləq başından vurub "sındıran" tapılır.
Təsəvvür edin ki, bu gün əksər sahələrdə mütəxəssis, əksər sahələr haqqında məlumat verə biləcək kimsə yoxdur. Bir-iki dəfə ekspert adı ilə efirə çıxan isə ulduz xəstəliyinə tutulur.
Bu yaxınlarda bir sosioloqa qadınlara qarşı zorakılıqla bağlı sual ünvanlamışam. Xanım sosioloq xüsusi naz ilə "vaxtım yoxdur" deməzmi? Sanki bu atlıdır, mən piyada - düşmüşəm arxasınca. Və yaxud bir zamanlar müsahibə vermək üçün səni axtaran psixoloqlar var ki, bu gün “eh, bu mövzuda danışmışam, maraqlı deyil” deməzmi?
Qadın hüquq müdafiəçisi dedikdə Mehriban Zeynalova, uşaq hüquqları dedikdə Kəmalə Aağazadə yada düşür. Sosioloq dedikdə isə, heç kim.
Düşünə bilirsinizmi, biz bu gün peşəkar ekspertdən məhrumuq. Hanı Azərbaycan mətbuatının teatr-kinoşünasları, sosioloqları, mətbuata danışa bilən hüquqşünasları, psixoloqları, qida təhlükəsizliyi barədə danışa bilən mütəxəssisləri, qadın hüquqlarını qoruya bilən yeni "üzlər"?
Bu gün mətbuatda yazılan bütün yazılar 5-6 ekspert üzərində hazırlanır. Düzdür, əziz ekspertlər, sizin bizdən birbaşa maddi qazancınız yoxdur. Yəni bizə sərf edəcəyiniz 10-15 dəqiqə vaxt ərzində başqa şəkildə pul qazana bilərsiniz. Amma unutmayın ki, media sayəsində sizi tanıyıb dinləyir cəmiyyət. Ekspertin jurnalistə "vaxtım yoxdur, bu mövzunu danışmışam, mənim üçün maraqszıdır" deməsi halları varsa, buna da təəssüf edirik.
Əvvəllər hər gün müxtəlif şəxslər müxtəlif sahələrlə bağlı təkliflərini irəli sürürdü, açıqlama vermək istəyirdi. İndi bəzən yazmaq istədiyin mövzu üçün saatlarla ekspert axtarmalı olursan...
Qısacası, biz həqiqi və peşəkar ekspert yoxluğu yaşayırıq. Buna görə də bu yazıdan səslənirəm: gənc tarixçilər, sosioloqlar, kinoşünaslar, hüquqşünaslar və öz peşəsinin peşəkarı olanlar bizə yazsın, fikri mübadiləsi aparaq. Azərbaycan mətbuatının təcrübəli, istedadlı, yeni və gənc ekspertlərə ehtiyacı var. Bu günlə ayaqlaşmayan, tək pəncərədən söz deyib ayaq dirəyənlər, suallarımıza cavab verməkdən səbəbsiz boyun qaçıranlar və “vaxtım yoxdur” deyib özünü Everest zirvəsində sananları təmizləmək üçün bizim öz sahəsində bilik, bacarıq və təcrübəsi olan peşəkar ekspertlərə ehtiyacımız var. Biz bu problemi birlikdə çözə bilərik. Bizi yenidən sağlam fikirlərlə aydınladın, qurtarın ekspert çatışmazlığından.
Tehsil-press.az