Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı əvvəlcə qış imtahan sessiyasının nəticələri barədə məlumat verib. Universitetdə son vaxtlar həyata keçirilən islahatlardan danışan rektor tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin əsas prioritet istiqamət olduğunu vurğulayıb.
Dərslərin daha yaxşı təşkil olunması üçün universitetə yerli və əcnəbi professorların dəvət olunduğunu bildirən M.Babanlı bu işin mütəmadi davam etdiriləcəyini söyləyib.
Rektor, həmçinin elmi işlərdə qazanılan uğurlar, universitetin beynəlxalq əlaqələrinin inkişafı, xarici universitetlərlə mübadilə proqramları, istehsal müəssisələri ilə əlaqələr, əsaslı kitabxananın müasirləşdirilməsi, ilboyu təcrübə proqramı, təlim-tərbiyə, təsərrüfat işləri və başqa məsələlərdən danışıb.
Daha sonra 2017/2018-ci il qış imtahan sessiyasında kurslar üzrə ən yaxşı nəticə göstərmiş qruplar mükafatlandırılıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

Hikmət Əliyev