UFAZ Tələbə Şurasının yeni heyəti müəyyənləşdirilib

UFAZ Tələbə Şurasının yeni heyəti müəyyənləşdirilib Azərbaycan-Fransız Universitetinin (UFAZ) Tələbə Şurasının idarə heyətinə seçkilər keçirilib.
Namizədlər seçki kampaniyası müddətində öz çıxışları ilə növbəti akademik il ərzində görəcəkləri işlər və fəaliyyətlər barədə danışıblar. Seçkilərdə 163 tələbə iştirak edib. Növbəti bir il üzrə fəaliyyət göstərəcək UFAZ Tələbə Şurasının yeni heyəti müəyyənləşdirilib.
Azərbaycan-Fransız Universiteti Tələbə Şurasının vəzifələrinə tələbələrin şəxsi və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək, tələbələr və müəllimlər arasında səmərəli ünsiyyətə kömək etmək, tələbələrin hüquqlarını universitet rəhbərliyində təmsil etmək, tələbə həyatının müxtəlif sahələrində şəffaf və aydın təkliflər vermək və s. məsələlər daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər