Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi startap müsabiqəsinin qalibi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi startap müsabiqəsinin qalibi olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi ixtisasının II kurs “SABAH” qrupu tələbəsi Rəvanə Qurbanova “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “ideyadan uğurlu biznesə” startap müsabiqəsində I yerə layiq görülüb.
Rəvanə Qurbanova müsabiqədə “Başla idarə olunan əlillik arabası” layihəsi ilə iştirak edib.
Qeyd edək ki, “EKVITA” şirkətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi müsabiqədə ümumilikdə 98 startap layihəsi iştirak edib. Bu layihələr yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Layihə Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaq, eyni zamanda, yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına, inkişafına dəstək göstərilməsi məqsədilə keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər