AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran elmi-təşkilati məsələlər haqqında məlumat verib.
İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov işğaldan azad olunmuş ərazilərimizdəki arxeoloji abidələrdə, xüsusən Ağdam şəhərinin yaxınlığında yerləşən Üzərliktəpə yaşayış yerində arxeoloq alimlər tərəfindən görülmüş işlər haqqında məruzə edib. O, Üzərliktəpə yaşayış yerində Qarabağ arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntı işlərinin davam etdirildiyini bildirib. Alim yaşayış yerinin daha dərindən və sistemli formada tədqiqi üçün arxeoloji qazıntıların alt təbəqəyə qədər davam etdirilməsinin və sahənin genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
İclasda, həmçinin İctimai Elmlər Bölməsinə daxil olan müəssisələrin - Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Hüquq və İnsan Haqları institutlarının və Milli Azərbaycan Tarixi Muzeyinin strukturlarında daxili imkanlar hesabına mövcud ştat vahidi əsasında edilmiş bir sıra dəyişikliklər geniş müzakirə olunub.
Elmi şuranın iclasında akademik Şahin Mustafayevin 60, mərhum akademik Əfrand Daşdəmirovun 80, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun isə 70 illik yubileylərinin qeyd olunması ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Daha sonra bir sıra kadr məsələlərinə baxılıb.
Sonda akademik Gövhər Baxşəliyeva cari məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Tehsil-press.az