“Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Gününə həsr olunan “Bərabərlik, müxtəliflik və inklüzivlik: Su bizi birləşdirir” mövzusunda konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova məruzə edib.
Konfransda akademik İradə Hüseynovanın “Gender, qlobal su problemlərinin həllində elm, texnologiya və innovasiyaların rolu və davamlı inkişaf” mövzusunda məruzəsi dinlənilib.
Akademik məruzəsində qadınların daha firavan və təhlükəsiz dünya naminə hər zaman misilsiz töhfələr verdiyini qeyd edib. COVID-19-la mübarizədə qadın səhiyyə işçiləri və alimlərdən, test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin və yeni dərman preparatlarının hazırlanmasına qədər ən müxtəlif mövqelərdə həlledici rol oynayan tədqiqatçı qadınlardan danışıb.
“Azərbaycanda beynəlxalq miqyasda tanınmış, Vətənimizə və dünya elminə böyük töhfələr vermiş onlarla qadın alim yetişdirilmişdir, - deyən alim qadınların ölkənin ictimai-siyasi həyatında da hər zaman fəal iştirak etdiyini, təhsilin, mədəniyyətin, müxtəlif elm sahələrinin inkişafı üçün bir sıra işlər gördüyünü diqqətə çatdırıb.
Akademik İradə Hüseynova Prezident İlham Əliyevin qadınların cəmiyyətin inkişafındakı rolunu daim yüksək qiymətləndirdiyini deyərək onun “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər” - fikirlərini xatırladıb.
Alimin sözlərinə görə, Azərbaycanda elmi işçilərin 56 faizi, fəlsəfə doktorlarının 51 faizi, elmlər doktorlarının 46 faizi, ali təhsil ocaqlarında və AMEA-da təhsil almış magistrlərin 54 faizindən çoxu, eləcə də akademiya əməkdaşlarının 60 faizi qadınlardır: “Ölkəmizdə cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi olan elm və texnologiyalar üzrə təhsil alanların 40 faizi qızlardır, halbuki dünyada bu rəqəm 35 faizdən yuxarı deyildir, əksər ölkələrdə isə 5 faizi keçmir”.
“Sudan daha səmərəli istifadə etmək üçün suvarma sisteminə daha qənaətedici texnologiyaları inteqrasiya etmək zəruridir”, - deyən İ.Hüseynova bölgənin iqliminin dərindən öyrənilməlisinin və daha düzgün planlama aparılmasının əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, sudan istifadənin səmərəliliyini və kənd təsərrüfatının məhsuldarlığını artırmaqla yanaşı, şirin su ehtiyatlarını toplamaq və təkrar istifadə etmək, eləcə də tullantı sularından istifadənin təhlükəsizliyini artırmaq üçün addımlar atılmalı, iqlim dəyişikliklərinə adaptiv kənd təsərrüfatı sistemlərinin qurulmasına çalışmalıyıq.
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, su resurslarının idarə olunmasında gender bərabərliyinin inteqrasiyası iqlim dəyişikliyi şəraitində bütün əhalinin ehtiyaclarının nəzərə alınmasına və risklərin azalmasına səbəb ola bilər. Su çatışmazlığı ilə bağlı gender əsaslı məlumatların toplanması və işlənməsi, qadınların iqlim dəyişikliyi və su resurslarının idarə edilməsində iştirakını artırmağa yönələn layihələrin həyata keçirilməsi, su ilə bağlı problemlərin həlli üçün qadınlara alternativ gəlir mənbələrinin yaradılması bu cür tədbirlərdən ola bilər.
Akademik İ.Hüseynova çıxışının sonunda qeyd edib ki, insanlar əsrlər ərzində dövrümüzə gəlib çatmış su adlı neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdırlar.
Tehsil-press.az