Beynəlxalq Ana Dili Günü paytaxtdakı 56 nömrəli tam orta məktəbdə “Öz dilim şirindir, öz dilim şirin” adlı tədbirlə qeyd olunub.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatı Ceyhun Məmmədov, “Azərbaycan dili” dərsliyinin müəllifi Rafiq İsmayılov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, F.Köçərli adına Respublıka uşaq kitabxanasının direktoru Şəhla Qənbərova çıxış ediblər.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin dövlət dili siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, xalqımızın mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən ana dilimizin saflığını mühafizə etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Dilimizin əsas milli atributlarımızdan biri olaraq nəsillərdən-nəsillərə ötürülməsi işinə hər kəs öz töhfəsini verməlidir.
Məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.
Tehsil-press.az