Hər bir dilin cəmiyyətdəki mövqeyi dövlətçiliklə birbaşa bağlıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən əsas atributlarından biri hesab olunur. Dilimizin inkişaf mərhələsi göstərir ki, bu xalq dünyanın ən qədim xalqlarındandır. Dilimiz həm zəngin inkişaf mərhələləri keçib, həm də müəyyən vaxtlarda çox ciddi təsir və təzyiqlərə məruz qalıb. Keçmiş sovet hakimiyyəti dövründə bu adda milli, mədəni və etnik psixoloji təsəvvürlər canlandırılsa da, bu dil vahid dövlət dili səviyyəsində işlədilmirdi. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin fəal və ardıcıl dil siyasətinin Azərbaycanda milli özünəqayıdış, milli azadlıq ruhunun yüksəlməsində rolu misilsizdir. Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi o zaman üçün böyük hadisə idi.
Bu fikirləri Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin Dillər kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aysel Quliyeva söyləyib. O bildirib ki, ümummilli lider Heydər Əliyev hələ keçmiş sovet hakimiyyəti dövründə ana dilinə qayğı barədə düşünür, dilin inkişaf perspektivlərini müəyyən edərək mütəxəssislərin qarşısında konkret vəzifələr qoyurdu. Dili xalqın böyük sərvəti hesab edən Ulu Öndərin fikrincə, dil təkcə insanlar arasında ünsiyyət vasitəsi kimi məhdudlaşa bilməz. Onun funksiyası məsafədən-məsafəyə, zamandan-zamana informasiya verməkdən ibarətdir. Dil insanların yaratdıqlarını təsəvvürlərə köçürür, təfəkkürlərə həkk edir, milli-mənəvi sərvətə çevrilir. Göründüyü kimi, dahi şəxsiyyətin dillə bağlı bu düşüncələrində tarixlik, müasirlik, varislik, həm də ənənə vardır.
Ümummilli Liderin dil haqqındakı fikirləri xüsusi seçilir: “Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Millətin milliliyini saxlayan onun dilidir”.
Müstəqillik qazandıqdan sonra da ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Azərbaycan dilinin dövlət dili olaraq inkişafında, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açmasında, dünyanın mötəbər kürsülərindən eşidilməsində tarixi rol oynamışdır. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu və digər sənədlərdə dilimizin tədrisinin yaxşılaşdırılması, inkişaf etdirilməsi, latın qrafikalı əlifbaya qəti şəkildə keçilməsi tələbi qoyulurdu.
“Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanuna görə dövlət dilini bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, həmkarlar təşkilatlarında və müxtəlif idarələrdə kargüzarlıq işləri dövlət dilində aparılır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev dövlətçilik ənənələrinin varisi kimi milli birliyimizi, azərbaycançılıq ideologiyasını həm ölkə daxilində, həm də xaricdə məqsədyönlü şəkildə uğurla həyata keçirir. Bu sahədə dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” müvafiq sərəncamları xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Xalqımıza ulu babalardan miras qalan ən qiymətli sərvətimizi - dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur. Universitetimizin Dillər kafedrasında da Azərbaycan dilinin rəsmi dövlət dili olması ilə bağlı keçirilən tədbirlər də bu amala xidmət edir”,- deyə Aysel Quliyeva fikrini yekunlaşdırıb.
Tehsil-press.az