Bakı Xoreoqrafiya Akademiyasında “Narkomaniya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən akademiyanın orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayev bildirib ki, bu gün cəmiyyətdə “ağ ölüm” adlandırılan xəstəliyə qarşı gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil: “Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin mədəni-maarif müəssisələrinin üzərinə düşür”.
Tədbirdə iştirak edən Nəsimi rayonu Polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları müasir günün aktual problemi olan narkomaniya ilə mübarizə haqqında ayrı-ayrılıqda çıxış edərək, geniş və ətraflı məlumat veriblər.
Vurğulanıb ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. İnsan amili isə dövlət siyasətinin əsasını təşkil edir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozaraq, orqanizmi zəhərləyir, daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özünü ölümə məhkum edir.
Təəssüflə qeyd olunub ki, bu gün narkotik istifadəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir.
Tədbir boyu maarifləndirici videoçarxlar nümayiş etdirilib. Sonda tələbələrin sualları cavablandırılıb.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, elmi katib Həbibə Məmmədova, eləcə də tələbə-müəllim heyəti, Nəsimi rayonu Polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları - Cinayət axtarış şöbəsinin leytenantı Rüfət Əhmədli, sahə inspektoru, leytenant Pərviz Məmmədov, İctimai təhlükəsizlik şöbəsinin polis kapitanı Yeganə Zeynalova, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Zaur Tağıyev iştirak ediblər.
Tehsil-press.az