BDU-da “Antinarkomaniya - parlaq gənclik” mövzusunda tədbir

BDU-da “Antinarkomaniya - parlaq gənclik” mövzusunda tədbir Bakı Dövlət Universitetində Azərbaycan Gənclər Fondunun dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə “Antinarkomaniya - parlaq gənclik” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirib, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar.
Sonra maarifləndirici videoçarx nümayiş olunub.
Təlimçi Orxan Şahbaz narkomaniya, zərərli vərdişlər və onlara qarşı mübarizənin vacibliyi barədə tələbələrə ətraflı məlumat verib. Suallar cavablandırılıb.
Tədbirin keçirilməsində əsas məqsəd narkomaniya və bu kimi zərərli vərdişlərə qarşı gənclərin düzgün maarifləndirilməsi, bu zərərli vərdişlərin fəsadları ilə bağlı məlumatlandırma, yeniyetmə və gənclərin yaxşı təhsil və sağlam həyat tərzi seçməsinə dəstək verməkdən ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər