BDU Babes-Bolyai Universiteti ilə əməkdaşlığı genişləndirir

BDU Babes-Bolyai Universiteti ilə əməkdaşlığı genişləndirir Bakı Dövlət Universiteti (BDU) və Rumıniyanın Babes-Bolyai Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Babes-Bolyai Universitetinin rektoru Daniel David imzalayıblar.
Protokol BDU ilə Babes-Bolyai Universiteti arasında əlaqələrin genişləndirilməsini, tələbə, tədqiqatçı və akademik heyətin mübadiləsini nəzərdə tutur.
Əsası 1959-cu ildə qoyulmuş Babes-Bolyai Universiteti Rumıniyanın nüfuzlu ali təhsil müəssisələrindən biridir. 41 mindən çox tələbənin təhsil aldığı universitetdə 22 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Babes-Bolyai Universiteti QS WUR reytinqində 1001-1200-ci pillədədir.

Tehsil-press.az



Oxşar xəbərlər