Bakı Dövlət Universiteti (BDU) ilə Rumıniyanın Aleksandru İoan Kuza Universiteti tərəfindən Erasmus+KA107 tələbə-müəllim mübadiləsi layihəsi imzalanıb.
Layihə çərçivəsində bu ali məktəbin Fizika, Kimya, Biologiya fakültələrinin tələbələri bir semestr müddətinə təhsillərini davam etdirmək, müəllimlər isə staj keçmək imkanları əldə edəcəklər. Bundan əlavə, rumıniyalı tələbə və müəllimlərin BDU-da dərslərini davam etdirməsi və mühazirə oxuması mümkün olacaq. Sözügedən əməkdaşlıq nəticəsində tələbə və müəllimlər həm beynəlxalq təcrübəyə yiyələnəcək, həm də müvafiq sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Müvafiq layihə üzrə əməkdaşlıq, eyni zamanda, tələbə və əməkdaşların dünyagörüşünün formalaşmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, Aleksandru İoan Kuza Universiteti Rumıniyanın Yassı şəhərində yerləşir. 1860-cı ildə təsis olunub və ölkənin ən qədim universitetidir. 24 mindən çox tələbəsi olan həmin təhsil müəssisəsi dünyanın 504 universiteti ilə əməkdaşlıq edir.
Tehsil-press.az