Firudin Qurbanov: Erməni vandalları Xocalıda 14 məktəbi dağıdıblar

Firudin Qurbanov: Erməni vandalları Xocalıda 14 məktəbi dağıdıblar Xocalı faciəsini Azərbaycan xalqı heç zaman unutmayacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisinə qarşı soyqırımı törədildi.
Bunu təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, erməni vandalları əhalini qırmaqla kifayətlənmədilər. Xocalı şəhərini də yerlə-yeksan etdilər. Xocalıda yerləşən 14 məktəb tamamilə dağıdıldı.

Tehsil-press.az



Oxşar xəbərlər