Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı soyqırımı” adlı tədbir keçirilib.
Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Xoreoqrafiya Akademiyasının orta təhsil pilləsinin direktoru Tahir Eynullayev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet və Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımından 30 il keçsə də Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan bu faciə yaddaşlarımızdan heç zaman silinməyəcək.
“Xocalıda baş verənlər təkcə Azərbaycana qarşı soyqırımı deyil, bütövlükdə bəşəriyyətə yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb”, - deyə Tahir Eynullayev qeyd edib.
Tədbirdə orta ixtisas təhsil pilləsinin I və II kurs tələbələri çıxış edərək həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətlərindən bəhs ediblər.
Sonra tədbirdə Xocalı faciəsindən bəhs edən kadrlar və Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdlərinin Xocalı soyqırımına həsr edilmiş divar rəsmləri nümayiş olunub. İştirakçılar akademiyanın Kitabxana-İnformasiya Mərkəzi tərəfindən təşkil edilmiş “Xocalı faciəsi - tariximizin silinməz qan yaddaşıdır” adlı sərgi ilə tanış olublar.
Qeyd edək ki, tədbir ingilis və fransız dillərində aparılıb. Çıxış mətnlərinin Azərbaycan dilində versiyası tədbir iştirakçılarına broşür şəklində paylanılıb.
Tehsil-press.az