ADA Universitetinin əməkdaşları Marneulidə azərbaycanlı şagird, müəllim və direktorlarla görüşüblər

ADA Universitetinin əməkdaşları Marneulidə azərbaycanlı şagird, müəllim və direktorlarla görüşüblər ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova və Təhsil fakültəsinin proqram rəhbəri Səidə Nəbiyeva Marneulidə Gürcüstanın orta ümumtəhsil məktəblərində müəllim və direktor vəzifəsində çalışan soydaşlarımızla görüşüblər.
Görüşdə ADA Universitetinin yaranma tarixi, keçdiyi uğurlu yol və gələcək planları barədə məlumat verilib.
Görüşdə Gürcüstan azərbaycanlılarına ADA Universitetinin magistratura və ixtisasartırma kursları barədə təqdimat keçirilib.
Müəllimlərin və direktorların da bu kurslara cəlb olunmasının əhəmiyyəti qeyd edilib.
ADA-nın nümayəndələri daha sonra Gürcüstanda tədrisi Azərbaycan dilində olan orta məktəblərin yuxarı sinif şagirdləri və məzunlar ilə görüşüblər.
Görüşdə azərbaycanlı gənclərə ADA Universitetinin bakalavr ixtisasları barədə ətraflı məlumat verilib, xüsusi təqdimat keçirilib.
Bildirilib ki, ADA Universitetinin əcnəbi tələbələri arasında daha çox sayda Gürcüstan vətəndaşlarını görmək və qonşu ölkənin universitetləri ilə birgə tədqiqat və tədris proqramları həyata keçirmək arzusundadır.
ADA fəaliyyət göstərdiyi 16 il ərzində beynəlxalq tərəfdaşları ilə kifayət qədər geniş əməkdaşlıq qura bilib. Bu əməkdaşlıq əsasən iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət xarici ölkə vətəndaşlarının ADA-da bakalavr və magistr pillələrinə cəlb olunması, digəri isə xaricdə tərəfdaş universitetlər taparaq onlarla birgə tələbə və tədqiqat mübadiləsinin həyata keçirilməsidir.
Sonda soydaşlarımızı maraqlandıran suallara aydınlıq gətirilib.
Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov və “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər