UFAZ ilə “SOCAR karbamid” zavodu arasında əməkdaşlığa dair müzakirələr aparılıb

UFAZ ilə “SOCAR karbamid” zavodu arasında əməkdaşlığa dair müzakirələr aparılıb Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əskərov, Baş katib Elizaveta Bıdanova və Tədqiqat departamentinin rəhbəri Filip Turek Sumqayıtdakı “SOCAR karbamid” zavodunda olub və direktor Xəyal Cəfərov ilə görüşüblər.
Görüşdə UFAZ ilə “SOCAR karbamid” zavodu arasında əməkdaşlıq, tələbələrin təcrübə proqramları və gələcək məşğulluq məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin UFAZ-ın tədqiqat departamenti barədə ətraflı məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər