Azərbaycan Çin universitetinin təşkil etdiyi seminarda təmsil olunur

Azərbaycan Çin universitetinin təşkil etdiyi seminarda təmsil olunur İnkişaf etməkdə olan ölkələrin təhsil sektorunda çalışan gənc və orta yaşlı məsul şəxslər üçün Çinin nüfuzlu Cıcian Pedaqoji Universitetinin ev sahibliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə onlayn seminar işə başlayıb.
Açılış mərasimində ali təhsil ocağının prorektoru Can Qenfu seminarın artıq ənənəvi olaraq hər il təşkil olunduğunu deyib.
Azərbaycanın Təhsil Nazirliyinin təmsilçisi, Çinin Yanşan Universitetinin doktorantı Sadiq Qaçayev “Kəmər və yol” təşəbbüsünün 5 vacib məqsəd və inkişaf istiqamətlərindən birinin də insanlar, xalqlar arasında əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb, bu xüsusda mədəniyyət və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, cari seminarın da həmin məqsədlərə xidmət etdiyini deyib.
Çinin Hebey əyaləti Dövlət Siyasətinin Təhlili və Tədqiqi Mərkəzinin eksperti olan S.Qaçayev bu cür tədbirlərin iştirakçı ölkələr arasında təhsil sahəsində əməkdaşlığa töhfə verəcəyini deyib.
Martın 16-dan 29-dək davam edəcək seminarda dünyanın 6 ölkəsində təhsilin bütün səviyyələri üzrə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan 40-dan çox nümayəndə iştirak edir.
Azərbaycanı Təhsil Nazirliyindən və tabe qurumlarından Sadiq Qaçayev, Elmir Bədəlov, İlhamə Qasımzadə, Səbinə Hacızadə və Şəlalə Mahmudova təmsil edirlər. Seminar çərçivəsində Azərbaycanın təhsil sistemi haqqında geniş təqdimat ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər