Vakant vəzifələr üzrə daxili müsahibədə 49 namizəd uğur qazanıb

Vakant vəzifələr üzrə daxili müsahibədə 49 namizəd uğur qazanıb On iki dövlət orqanında mövcud olan 54 vakant vəzifə üzrə ötən il dekabrın 17-dən başlanan daxili müsahibə davam edir.
Müsahibədə iştirak etmək üçün 133 nəfər qeydiyyatdan keçib. Bu gün saat 15:40-yə olan məlumata görə, müsahibədə uğur qazanmış 49 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin martın 29-dək keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər