Azərbaycanın ümumi təhsil müəssisələrinin şagirdlərindən və onları müşayiət edən müəllimlərdən ibarət 25 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərinə səfər edib.
Martın 22-dək davam edəcək səfərin əsas məqsədi iki ölkənin şagirdləri arasında ünsiyyətin intensivləşdirilməsi və hər iki ölkənin tarixində xüsusi yer alan hadisələrin birgə qeyd olunmasıdır.
Səfər çərçivəsində heyət martın 16-18-də Çanaqqala şəhərində bir neçə rəsmi proqrama qatılacaq və sözügedən şəhərdə yerləşən Troia Antik Şəhərini, “Çimenlik” qalasını və şəhidlər xiyabanlarını ziyarət edəcəklər. Daha sonra heyət İstanbul şəhərinə gedəcək və martın 19-22-də Ayasofya məscidi, Çamlıca qülləsi və digər tarixi abidələrlə tanış olacaqlar.
Qeyd edək ki, səfərin və qarşılıqlı əməkdaşlığın davamı olaraq isə bu ilin may-iyun aylarında Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakı şəhərinə və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.
Tehsil-press.az