Azad Suriya Ordusu Əl-Bab şəhərinə yaxınlaşıb

Azad Suriya Ordusu Əl-Bab şəhərinə yaxınlaşıb Azad Suriya Ordusu Türkiyənin dəstəyilə Əl-Bab şəhərinə yaxınlaşıb.

Tehsil-press.az Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Azad Suriya Ordusu bizim dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb. Qısa müddət ərzində burada əməliyyatın tamamlanması nəzərdə tutulur. Menbiç şəhərinə bizim ekspertlər və ABŞ əsgərlərindən ibarət dəstə göndərilib. YPG-nin Fərat çayının şərqinə keçdiyindən əmin olanadək səylərimizi davam etdirəcəyik”, - deyə M.Çavuşoğlu bildirib. Türkiyə ordusu avqustun 24-dən Suriyanın şimalında İŞİD terrorçularına qarşı "Fərat qalxanı" əməliyyatını keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər