![Turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasına aid səriştələrin tanınması məqsədilə imtahan təşkil olunacaq](https://azertag.az/files/galleryphoto/2022/1/1000x669/16474430245458843402_1000x669.png)
Müvafiq ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən peşəkarlar səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatla TKTA-nın saytında tanış ola və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə, tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.
Qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan ərizəçiyə müvafiq modul üzrə sertifikat veriləcək.
Tehsil-press.az