Naxçıvan Müəllimlər İnstitutunda Novruz bayramı

Naxçıvan Müəllimlər İnstitutunda Novruz bayramı Naxçıvan Müəllimlər İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib. İnstitutun həyətində Novruz tonqalı qalanıb, professor-müəllim və tələbə kollektivi yüksək əhval-ruhiyyə ilə tonqalın ətrafında toplaşıb.
İnstitutun rektoru Azad Novruzov Novruz bayramının tarixi, simvolları, həmçinin milli adət-ənənələrimizdən danışıb. Qeyd edib ki, bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Xarici təsirlərdən qoruyaraq yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə töhfəsidir. Rektor dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa, onları gələcək nəsillərə ötürməyə çağırıb.
Sonra Novruzun bütün elementlərini və adət-ənənələrini özündə əks etdirən ədəbi-bədii kompozisiyada tələbə gənclər müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər səsləndirib, gözəl mahnı və rəqs nömrələri ifa ediblər. Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaradıb.
Sonda tələbələrin Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər