Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə Amerika Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi İdarə Heyətinin üzvləri Aygün Dadaşova və Günel Həsənova universitet tələbələri üçün “ABŞ-da təhsil proqramları” mövzusunda məlumat sessiyası keçiriblər.
Tədbir departamentin müdiri Fərid Quliyevin giriş sözü ilə başlanıb və sonra ABŞ məzunları tərəfindən davam etdirilib.
Sessiya zamanı tələbələrə xaricdə təhsil proqramları barədə məlumat verilib, həmçınin müvafiq sənədlərin yazılış qaydaları izah olunub.
Tehsil-press.az