TOEFL iBT imtahanında 20 nəfər iştirak edib

TOEFL iBT imtahanında 20 nəfər iştirak edib Dövlət İmtahan Mərkəzində (DİM) dekabrın 18-də TOEFL iBT imtahanı keçirilib.
İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub
Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.
İmtahanda 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 2022-ci il yanvarın 8-də keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər