Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) koreyalı mütəxəssislərlə görüş keçirilib.
Görüşün əsas məqsədi Koreya ilə təhsil əlaqələrini genişləndirmək və əməkdaşlıq çərçivəsində Bakı ilə Koreyanın təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdən ibarətdir.
Görüşdə “Future Class Network” şəbəkəsinin idarə heyətinin sədri Conq Çanq Pil, təlimlər qrupunun rəhbəri Kim Sun Conq, təlimlərin meneceri Han Sun və Təhsil İdarəsinin struktur bölmə rəhbərləri iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva əməkdaşlıq çərçivəsində təhsilin inkişafına dair belə görüşlərin davamlı təşkilinin əhəmiyyətindən bəhs edib, təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb. Azərbaycan təhsilinin inkişaf yolu haqqında məlumat verən idarə müdiri ölkədə təhsilin əlçatanlığı barədə fikirlərini bildirib, dünya təcrübəsinin öyrənilməsinin vacibliyinə toxunub.
İdarə müdiri koreyalı mütəxəssislər tərəfindən “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün keçirilən təlimlərin önəmindən danışıb. Həmçinin effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmağın müsbət tərəflərinə diqqət çəkib.
Koreyalı mütəxəssislər təhsil sahəsindəki əməkdaşlıqdan məmnun olduqlarını deyib, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Eyni zamanda, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məqsədilə təhsil işçiləri üçün keçirilən təlimlərin davamlı olacağını söyləyiblər.
Qeyd edək ki, “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində koreyalı mütəxəssislər tərəfindən respublikanın müxtəlif bölgələrindən təhsil işçiləri üçün müsahibələr keçirilib və nəticədə 35 nəfər təlimlərə cəlb olunub. Layihənin davamı olaraq proqramı bitirən təhsil işçiləri tərəfindən 350 müəllim üçün elektron məzmunun yaradılması üzrə təlimlər təşkil edilib.
Tehsil-press.az